Jiru onlarla razılığa gəldi
Fransa millisinin və "Milan"ın futbolçusu Olivye Jiru "Los-Anceles"lə müqaviləni razılaşdırıb.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, 37 yaşlı hücumçu 1,5 illik anlaşma imzalayacaq.
Müqavilədə sonradan uzadılma bəndi də yer alacaq. Jirunun illik maaşı 3 milyon avro olacaq.
Forvard yeni klubuna AVRO-2024-dən sonra qoşulacaq. O, MLS təmsilçisinə azad agent kimi keçəcək.