Juninyonu daha bir klub istəyir

"Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropanın daha bir klubunun diqqət mərkəzinə düşüb.

Juninyonu daha bir klub istəyir
"Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropanın daha bir klubunun diqqət mərkəzinə düşüb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, "Sevilya" ilə yanaşı, daha bir klub braziliyalı forvardı heyətinə qatmaq niyyətindədir. Söhbət hazırda Çempionlar Liqasında çıxış edən "Srvena Zvezda"dan gedir. Serbiya təmsilçisi da Juninyonu heyətinə cəlb etmək arzusundadı.

Nəşr "Sevilya"nın bu transferdə daha iddialı olduğunu və La Liqa təmsilçisi üçün Juninyonun alınmasının əsas prioritet sayıldığını qeyd edib. O da vurğulanıb ki, "Qarabağ" "sambaçı"nın transferinə görə çox pul tələb edir.