Kadırovun səhhətində problem yaranıb?
Çeçenistan rəhbəri Ramzan Kadırov vətəndaşlarla görüşdə sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.
meqale.com xəbər verir ki, o, yayılan iddiaların gerçək olmadığını, sağlamlığının qənaətbəxş olduğunu bildirib.
Qeyd edib ki, pisliyini istəyən şəxslər səhhətinin yaxşı olmasından narazıdırlar.
"Yayılan şayiələrə baxanda mən qocalmamalıyam. Amma mənim vəziyyətim tam normaldır".
Xatırladaq ki, mediada Çeçenistan liderinin səhhəti ilə bağlı problemləri səbəbindən ictimaiyyət qarşısına çıxmaması barədə iddialar yayılıb.