Kadri Simson Azərbaycana gəlir

Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının onuncu nazirlər iclasında və COP-un "yaşıl enerji" üzrə nazirlərin ikinci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və "yaşıl enerji" üzrə 2-ci iclası keçiriləcək.

Bu iki tədbirin keçirilməsi təkcə neft-qaz potensialı hesabına deyil, həm də alternativ enerji mənbələri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu əyani şəkildə nümayiş etdirir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun