Kafedə dava düşdü, beşbarmaqla 35 yaşlı kişini...

Gədəbəy rayonunun Arıqdam kəndində kafelərin birində mübahisə düşüb, 1 nəfər beşbarmaqla vurulub.

Kafedə dava düşdü, beşbarmaqla 35 yaşlı kişini...
Gədəbəy rayonunun Arıqdam kəndində kafelərin birində mübahisə düşüb, 1 nəfər beşbarmaqla vurulub.

meqale.com report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü R.Abışov kafelərin birində tanımadığı şəxslə mübahisə edib. Mübahisə əsnasında həmin şəxs onu beşbarmaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.