Kaliforniyada yanğının vurduğu maddi zərər açıqlandı

ABŞ-nin Kaliforniya ştatında tüğyan edən yanğınların iqtisadi zərəri təxminən 50 milyard dollar qiymətləndirilir.

Kaliforniyada yanğının vurduğu maddi zərər açıqlandı
ABŞ-nin Kaliforniya ştatında tüğyan edən yanğınların iqtisadi zərəri təxminən 50 milyard dollar qiymətləndirilir.

meqale.com xəbər verir ki, bu haqda ABŞ-nin "JPMorgan Chase" bankının öz müştərilərinə yazdığı məktubda deyilir.

"Yanğınlardan gözlənilən iqtisadi zərər dünəndən iki dəfədən çox artıb və 50 milyard dollara yaxınlaşır", - deyə məktubda bildirilir.

Qeyd edək ki, Kaliforniyada vəziyyət son dərəcə gərgin olaraq qalır. Los-Anceles dairəsi on minlərlə sakin üçün məcburi təxliyə əmri verib.

Şəhərin yanğınsöndürmə rəisi bu qədər böyük yanğınla mübarizə aparmaq üçün kifayət qədər vəsaitin olmadığını deyib.