Kamaləddin Qafarov: “Yaşıl enerji ölkəmiz üçün prioritet istiqamətlərdən biridir”

"Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsi həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruridir. Məhz bu baxımdan Cənub Qaz Dəhlizi son dərəcə böyük önəm daşıyan bir layihədir.  Məlumdur ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir." Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat xatırladıb ki, Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. "Əlbəttə ki, Avropa Komissiyası və Azərbaycan əsas həmtəşkilatçılar və bütün ölkələrin, şirkətlərin və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışlar. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir.  Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib. Möhtərəm dövlət başçımız cari il martın 1-də  "Euronews" televiziyasına verdiyi müsahibəsində xüsusi olaraq vurğuladı ki, bir zamanlar bəziləri düşünürdülər ki, bu layihəni reallaşdırmaq mümkün olmayacaq. Lakin Azərbaycan dövləti beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa müyəssər oldu. Bu gün isə Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verməkdədir və öz coğrafiyasını getdikcə genişləndirir."