Kamaləddin Qafarov: “Yeni Dövlət Proqramı sosial rifahın yüksəldilməsinə xidmət edəcək”

"Yanvarın 12-də cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Bakı şəhəri və Abşeron yarımadasının su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsi dövlət siyasətinin strateji istiqamətlərindən biridir".

meqale.com xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. 

O, bildirib ki, dövlət başçısının vurğuladığı kimi, paytaxt və ətraf ərazilərin su problemlərinin həlli uzun illərdir icra olunan iri infrastruktur layihələri arasında xüsusi yer tutur.

"Təsadüfi deyil ki, bu məsələ təkcə kommunal təminat məsələsi deyil, eyni zamanda, əhalinin həyat keyfiyyətinin yüksəldilməsi, şəhər mühitinin sağlamlaşdırılması və dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Vaxtilə içməli su və kanalizasiya problemləri insanların gündəlik həyatında ciddi çətinliklər yaradırdısa, bu gün ardıcıl və məqsədyönlü dövlət siyasəti nəticəsində ölkənin əksər şəhər və rayonlarında bu sahədə əsaslı dönüş əldə olunub. Cənab Prezident İlham Əliyevin çıxışı onu göstərir ki, dövlət bu prosesi yarımçıq hesab etmir və 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı ilə problemin kompleks, uzunmüddətli və davamlı həllini qarşıya məqsəd qoyur".

Millət vəkili  son 20 ildə həyata keçirilən genişmiqyaslı infrastruktur islahatalarının Azərbaycanın inkişaf modelinin əsas sütunlarından birinə çevrildiyini vurğulayıb: