Xoşqədəmin 52 yaşını Doğuş belə təbrik etdi - VİDEO
Dünən tanınmış aparıcı və jurnalist Xoşqədəm Hidayətqız 52 yaşını qeyd edib. Aparıcı ad gününü ailəsi və yaxın dostlarının iştirakı ilə şəhərin tanınmış restoranlarından birində keçirib.
meqale.com-ın məlumatına görə, Türkiyəli müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə bağlı sosial şəbəkədə paylaşım edib və onu ad günü münasibətilə təbrik edib. İfaçı yazıb:
"Birlikdə güldüyümüz, ağladığımız, böyüdüyümüz bütün illər üçün təşəkkür edirəm. Yeni yaşın sənə xoşbəxtlik, bizə isə daha çox xatirə gətirsin. Nə yaxşı ki, doğulmusan, həyat yoldaşım. Nə yaxşı ki, varsan".
Qeyd edək ki, Xoşqədəm Hidayətqız və Doğuşun bu nikahdan Arın və Arda adlı əkiz övladı var.