Kanada səfiri Fransanı Ermənistanla bağlı bu məsələyə görə ittiham etdi
Hazırda sanksiyalarla bağlı danışmaq Ermənistanla Azərbaycan arasında davam edən sülh səylərini pozmaq riskinə malikdir.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Kanadanın Ermənistandakı səfiri Endryu Törner Kanada parlamentinin Aşağı Palatasının Xarici İşlər və Beynəlxalq İnkişaf Komitəsinin iclasında bildirib.
Səfir bildirib ki, sanksiyalar Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi ilə bağlı səyləri sarsıda bilər. Onun sözlərinə görə, hazırda sanksiyalar yolunu seçmək davam edən sülh səylərini pozmaq riski daşıyır.