Kanadada dəhşətli qətl - Tələbə 14 nəfəri öldürdü

Kanadanın paytaxtı Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.

Kanadada dəhşətli qətl - Tələbə 14 nəfəri öldürdü
Kanadanın paytaxtı Ottavada naməlum şəxs bıçaqla 14 nəfəri öldürüb.

meqale.com lente istinadla bildirir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən 19 yaşlı şri-lankalı tələbə saxlanılıb. Polis onun həmyerliləri olan mərhumların ailəsini tanıdığını güman edir.

Kanadanın baş naziri Castin Trüdo başsağlığı verib və amansız qətl xəbərinin onu şok vəziyyətinə saldığını bildirib. O, bu cinayətin hərtərəfli araşdırılmasını və günahkarların cəzalandırılmasını istəyib.