"Karvan" - "İmişli" matçı polisin halı pisləşdiyi üçün dayandırıldı - VİDEO

Azərbaycanın futbol üzrə I Liqasında polis əməkdaşının halı pisləşdiyi üçün hakim oyunu dayandırıb.

Azərbaycanın futbol üzrə I Liqasında polis əməkdaşının halı pisləşdiyi üçün hakim oyunu dayandırıb.

meqale.com Sport1.az-a istinadən xəbər verir ki, hadisə I Liqanın 21-ci turu çərçivəsində keçirilən "Karvan" - "İmişli" qarşılaşmasının 10-cu dəqiqəsində baş verib.

Oyunun təhlükəsizliyini təmin edən hüquq-mühafizə orqanı əməkdaşlarından birinin halı pisləşib. Qarşılaşmanın baş hakimi Rauf Cabbarov oyunu dərhal dayandırıb. Təcili Tibbi Yardım xidmətinin həkimləri polis əməkdaşına yerində ilkin tibbi yardım göstərdikdən sonra onu Yevlax Şəhər Xəstəxanasına aparıblar. Bundan sonra oyun davam etdirilib.