"Kaş ki, ailə qurmazdıq, bəlkə bir ömür boyu bir yerdə yaşayardıq"

Xalq artisti Röya Ayxan "Öz aramızda" verilişində səmimi etirafları ilə diqqət çəkib.

Xalq artisti Röya Ayxan "Öz aramızda" verilişində səmimi etirafları ilə diqqət çəkib.

meqale.com xəbər verir ki, pop ulduz həyatındakı ən böyük peşmanlığının ikinci övladının olmaması ilə bağlı olduğunu bildirib.

Röya etiraf edib ki, bu məsələni ciddi şəkildə düşündükcə peşmanlığı daha da artır:

"İkinci övladımın olmamasına görə çox peşmanam. Bu, məni narahat edən bir hissdir".

Sənətçi daha bir etirafını isə ailə qurması ilə bağlı edib. O, oğlu Hüseyni tək övlad qoyduğunu düşündüyü üçün zaman-zaman vicdan əzabı çəkdiyini deyib:

"Hüseyni tək qoyduğum üçün çox peşmanam. Bəzən evə peşman qayıdır. Hansısa dostunun onunla görüşə bilməyəndə, gələ bilməyəndə".

Röya bildirib ki, Hüseyn ata tərəfdən bacı-qardaşsız qalmasa da, evin içində təkdir:

"Düzdür, ata tərəfdən bacı-qardaşı var, korluq çəkmir," - deyə gülərək əlavə edib. - "Amma evin içində təkdir."

Oğlu haqqında danışarkən Röya onun sevgi ilə dünyaya gəldiyini xüsusi vurğulayıb:

"Hüseyn iki gözəl ürəkdən, sevgidən doğulan uşaqdır. Onun atasının çox böyük ürəyi var".

Sənətçi sonda şəxsi fikirlərini ümumiləşdirmədiyini də qeyd edib:

"Kaş biz ailə qurmazdıq, bəlkə bir ömür boyu bir yerdə yaşayardıq. Amma dediklərim yalnız mənə aiddir. Nümunə götürməyin, mənə qoşulmayın (gülür).

Röya Ayxanın bu səmimi açıqlamaları sosial şəbəkələrdə geniş maraqla qarşılanıb.