Keçmiş basketbolçu ABŞ prezidenti olmaq istəyir - FOTO
ABŞ Milli Basketbol Assosiasiyasının dördqat çempionu Şakil O'Nil deyəsən ölkə başçısı olmaq niyyətindədir.
meqale.com oxuya istinadən bildirir ki, onun öz sosial şəbəkə hesabında paylaşdığı fotosu belə deməyə əsas verir.
Belə ki, fotoda idmançının geyindiyi köynəyin üzərində "Şak 2024-cü il prezidentliyə doğru" yazılıb.
Xatırladaq ki, O'Nal karyerası ərzində ABŞ komandasının üzvü kimi dünya və Olimpiya çempionu olmaqla yanaşı, çox sayda digər titullar və nailiyyətlər də qazanıb.