Keçmiş birinci xanım xərçəngdən əziyyət çəkirmiş

Fransanın keçmiş birinci xanımı, model-müğənni Karla Bruni xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Keçmiş birinci xanım xərçəngdən əziyyət çəkirmiş
Fransanın keçmiş birinci xanımı, model-müğənni Karla Bruni xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

meqale.com axşam.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkədə paylaşım edən 56 yaşlı Karla 2019-cu ildə ona döş xərçəngi diaqnozu qoyulduğunu bildirib.

O, xəstəliyin öhdəsindən gəlmək üçün əməliyyat olunduğunu və radioterapiyadan keçdiyini, müalicənin vaxtında aparıldığını vurğulayıb.

Karla xərçəngin aqressiv mərhələyə keçmədiyini bildirib.