Keçmiş məhkum 2 kiloqram marixuana ilə tutuldu - VİDEO - FOTO

Şəmkir sakinində narkotik aşkarlanıb.

Keçmiş məhkum 2 kiloqram marixuana ilə tutuldu - VİDEO -  FOTO
Şəmkir sakinində narkotik aşkarlanıb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Mübariz İbrahimov saxlanılıb.

Qeyd edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş şübhəli şəxsin Polis Bölməsində üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.