Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor təyin edilib.

Keçmiş sədrə Mərkəzi Bankda yeni vəzifə verildi
Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor təyin edilib.

meqale.com xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Adışirin Qasımova həvalə olunub. O, bu ilin may ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Elşən Mahmudovu əvəz edib.