Keçmiş sevgilisinin şəkillərini yandırarkən məhəlləni külə döndərdi

Türkiyənin Bursa bölgəsinin Osmanqazi rayonunda keçmiş sevgilisinin şəkillərini yandırmaq istəyən oğlan məhəlləni külə döndərib.

Keçmiş sevgilisinin şəkillərini yandırarkən məhəlləni külə döndərdi
Türkiyənin Bursa bölgəsinin Osmanqazi rayonunda keçmiş sevgilisinin şəkillərini yandırmaq istəyən oğlan məhəlləni külə döndərib.

meqale.com oxuya istinadən bildirir ki, gənc oğlan sevgilisindən ayrılıb və boş ərazidə birlikdə çəkilmiş fotoşəkillərini yandırmaq qərarına gəlib, lakin təsadüfən yanğın baş verib. Onun ətrafındakı ot və kol-kos yanmağa başlayıb.

Ərazidə olan sakinlər yanğını vaxtında görüb və yanğınsöndürənləri çağırıblar. Onlar yanğını söndürməyə nail olublar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.