Kəlbəcərdə 6 SES yenidən qurularaq istismara verilib - FOTO
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi ilə bağlı strategiyasına uyğun olaraq, Kəlbəcər rayonunda bu günə kimi "AzərEnerji" 6 yerdə kiçik su elektrik stansiyası (SES) yenidən quraraq istismara verib.
Bu barədə meqale.com-a qurumdan məlumat verilib.
Məlumata görə, 2022-ci ildə 4,4 meqavat gücündə "Kəlbəcər-1", 2023-cü ildə isə 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik SES-lərinin yenidənqurmadan sonra açılışı olub.
Hazırda Kəlbəcər rayonunda 4 yerdə kiçik SES-lərin tikintisi aparılır. "Aşağı Vəng", "Yuxarı Vəng", "Nadirxanlı" və "Zar" adlanacaq stansiyaların 2024-cü ildə istismara verilməsi planlaşdırılıb.