Kənddə ATIŞMA: Biri polis olmaqla iki nəfər öldü

Dağıstanın Levaşi kəndində baş verən atışmada biri polis olmaqla iki nəfər ölüb.

Kənddə ATIŞMA: Biri polis olmaqla iki nəfər öldü
Dağıstanın Levaşi kəndində baş verən atışmada biri polis olmaqla iki nəfər ölüb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Bundan başqa, bir neçə nəfər yaralanıb.

Dağıstan üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, atışma saat 17:30 radələrində Levaşi kəndində baş verib.

Cinayət törətməkdə şübhəli bilinən 26 yaşlı yerli sakin Baqaudin Qusenqadjiyev axtarışa verilib.

Hadisə iştirakçıları 4 avtomobillə qaçıblar.