"Kəpəz" "Şamaxı" ilə heç-heçə etdi

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb.

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb.

meqale.com  xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Hesabı 49-cu dəqiqədə qonaq komandanın heyətində penalti zərbəsindən Brahim Konate açıb. 5 dəqiqə sonra qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirən qol vurulub. Rüfət Abbasovun avtoqolu gəncəlilərə 1 xal qazandırıb.

"Kəpəz" 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan "Şamaxı"nın 21 xalı var.

Turun son matçı "ASCO Arena"da "Səbail"lə "Sabah" arasında baş tutacaq. Saat 19:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək.