Kərimcan Durmaz barədə qərar verildi

Qanunsuz mərc saytı reklamı səbəbindən barəsində istintaq başladılan və yanvarın 8-dən həbsdə olan sosial media fenomeni Kərimcan Durmaz bu gün ilk dəfə hakim qarşısına çıxıb.

meqale.com türk mediasına istinadla xəbər verir ki, məhkəmə onun sərbəst buraxılmasına qərar verib.

Qeyd edək ki, Durmaz Maltadakı konserti zamanı səhnə arxasındakı LED ekranda qanunsuz mərc saytı reklamının nümayiş etdirilməsi ittihamı ilə həbs edilmişdi. İttiham aktında onun bu reklama görə 5 il 3 aya qədər həbs cəzası ala biləcəyi qeyd olunurdu.