Keşiş 191 uşağı öldürdü: Şok səbəb
Keniyanın Malindi şəhərində məhkəmə "Yaxşı xəbərlər" dini icmasının lideri Pol Makkenzi və onun 29 şərikini 191 uşağın qətlində ittiham edib.
meqale.com oxuya istinadən bildirir ki, təqsirləndirilən şəxslərin hamısı günahlarını etiraf ediblər.
Prokuror bildirib ki, Makkenzi öz davamçılarına "cənnətə gedə bilmələri üçün özlərini və uşaqlarını ac saxlamağı" tapşırıb. Keşiş məzhəb üzvlərinə uşaqlarını məktəbə göndərməyi, xəstə olduqda xəstəxanaya getməyi qadağan edib və bu cür müəssisələri "şeytan yuvası" adlandırıb.
İcmanın üzvləri Keniyanın şərqindəki Şakahola meşəsindəki ucqar yaşayış məntəqələrində yaşayıblar. Orada 400-ə yaxın cəsəd tapılıb. İnsanların aclıqdan öldüyü müəyyən edilib.
Makkenziyə gəlincə o, ötən ilin aprelində həbs edilib. Dekabrda keşiş 12 ay müddətinə azadlıqdan məhrum edilib. İş üzrə daha 29 təqsirləndirilən şəxs martın 7-də məhkəmə qarşısına çıxmalıdır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun