Keyt Midltona gözlənilməz təklif
Böyük Britaniya şahzadəsi Uilyamın həyat yoldaşı, Kembric hersoqinyası Keyt Midlton imtina edə bilməyəcəyi bir təklif alıb.
meqale.com xəbər verir ki, Amerikanın "Vogue" jurnalının baş redaktoru Anna Vintur şahzadəyə şəxsən yaxınlaşaraq şəklini bütün dünyada jurnalların üz qabığında yerləşdirmək istədiyini deyib. Bundan əlavə, Midlton fotoqrafı özü seçəcək. Həmçinin paltar seçmək və müsahibə verib-verməmək qərarına cavabdeh olacaq.
Şahzadə artıq "Vogue" jurnalının üz qabığında - 2016-cı ilin iyununda Britaniya versiyasının 100 illiyi şərəfinə görünüb.