Kılıçdaroğlu sədrlikdən BELƏ yola salındı - FOTO
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayından sonra təhvil-təslim mərasimi baş tutub.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, CHP-nin Ümumi Qərargahında keçirilən mərasimdə partiyanın buna qədərki sədri Kamal Kılıçdaroğlu vəzifəsini yeni sədr Özgür Özələ təhvil verib.
Xatırladaq ki, Özgür Özəl CHP-nin yeni sədri seçilib. O, 812 səs toplayaraq rəqibi, partiyanın hazırki sədri Kamal Kılıçdaroğluna qalib gəlib.