Kılıçdaroğludan Özgür Özəl ilə bağlı paylaşım

Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib.

Kılıçdaroğludan Özgür Özəl ilə bağlı paylaşım
Kamal Kılıçdaroğlu CHP-nin 38-ci növbədənkənar qurultayında sədr seçilən Özgür Özəli təbrik edib.

meqale.com report-a istinadən xəbər verir ki, bununla bağlı K.Kılıçdaroğlu "X" sosial şəbəkə hesabında paylaşıb.

"Ulu Öndərimiz Atatürkün etibarını bu günə qədər şərəflə daşımışam. Bu gün qurultay nümayəndələrimizin verdiyi qərarla sədrlik postunu təhvil verirəm. Bu günə qədər mübarizəmizə dəstək olan hər kəsə təşəkkür edirəm. Yeni sədrimiz Özgür Özəl, sizi təbrik edir, uğurlar arzulayıram", - paylaşımda deyilir.

Qeyd edək ki, Türkiyədə keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlu ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr kürsüsündən imtina edib. O, 13 ildən sonra Ankarada keçirilən səsvermədə lazımi dəstəyi ala bilməyib. Müxalifət qüvvələrinin yeni lideri isə Manisa vilayətindən olan millət vəkili Özgür Özel olub. Kılıçdaroğlu ikinci turda 534, Özel isə 811 səs toplayıb.