Kim Çen In ölkəyə qaçaqmalçılıq yolu ilə sevdiyi avtomobilini gətizdirib - VİDEO

Şimali Koreya lideri Kim Çen In KXDR-ə qarşı sərt sanksiyalara baxmayaraq, "Maybach" markalı avtomobil alıb.

Kim Çen In ölkəyə qaçaqmalçılıq yolu ilə sevdiyi avtomobilini gətizdirib - VİDEO
Şimali Koreya lideri Kim Çen In KXDR-ə qarşı sərt sanksiyalara baxmayaraq, "Maybach" markalı avtomobil alıb.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın SBS yayım şirkəti məlumat yayıb.

Bildirilib ki, araşdırmalar zamanı onun öz avtomobilini 2019-cu ildə buraxılmış "Mercedes-Maybach S650"-lə əvəzlədiyi aydın olub.

Qeyd olunub ki, Kim Çen In sentyabr ayında Rusiyaya səfəri zamanı köhnə avtomobilindən istifadə edib.

KXDR-də "Maybach" dəbdəbə anlayışına daxildir və onların ölkəyə ixracı BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib.

"The New York Times"ın iddiasına görə, 2019-cu ildə "Mercedes-Benz" avtomobilləri dörd ay ərzində beş ölkə vasitəsilə KXDR-ə qaçaqmalçılıq yolu ilə gətirilib, eyni sxem bu dəfə də istifadə edilə bilər.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun