Kiprdə dünya rekordu: Minlərlə insan əl-ələ tutdu - FOTO
Bir-birinin biləklərindən tutan insanların ən uzun növbəsi Kiprdə qeydə alınıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, yeni nailiyyət Ginnesin Rekordlar Kitabına daxil edilib.
Nikosiyadakı GSP Stadionunda baş tutan və gənc nəsillərin gələcəyi naminə əməkdaşlığı gücləndirmək məqsədi daşıyan tədbirdə, böyüklər və uşaqlar da daxil olmaqla, 4100-dən çox insanın iştirak etdiyi bildirilib.
Əvvəlki rekord 2016-cı ildə 4052 iştirakçının əl-ələ verməsi ilə Kiotoda qeydə alınıb.