Kirmandakı partlayışlara görə 11 nəfər saxlanıldı
İranın Kirman şəhərində törədilən partlayışda iştirak etməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.
İranda törədilən terror aktında şübhəli bilinən şəxslər saxlanıldı meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İranın "Tasnim" agentliyi yayıb.
Bildirilir ki, Kirmanda partlayışları törədən iki şəxsin yaşadığı ev də aşkar edilib. Evdə isə partlayıcı qurğular tapılıb.
İranın Daxili İşlər Nazirliyi isə öz növbəsində insidentdə həlak olan şəxslərin sayını dəqiqləşdirib. Belə ki, partlayış zamanı 89 nəfər ölüb, daha 284 nəfər isə yaralanıb.