KİV: ABŞ-nin hava zərbəsi nəticəsində husilərin yüksək rütbəli şəxsi ölüb

ABŞ-nin bu gecə Yəmənin Sana şəhərinə endirdiyi zərbələr nəticəsində husilərin yüksək rütbəli "məmuru" həlak olub.

KİV: ABŞ-nin hava zərbəsi nəticəsində husilərin yüksək rütbəli şəxsi ölüb

Bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.

Həlak olan şəxsin adı və vəzifəsi açıqlanmayıb.

Qeyd olunub ki, bombardman husilərin gizli yeraltı hərbi bazalarına yönəlib.