Kiyev bu ölkəni təhdid etdi: Putini həbs etməmək...
Monqolustan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında məcburi həbs qərarına əməl etməməsi BCM və beynəlxalq ədalət sisteminə ağır zərbədir.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Georgi Tixi Putinin Monqolustana səfərini şərh edərkən deyib.
"Bu addımın Ulan-Batora təsirsiz ötüşməməsi üçün tərəfdaşlarla işləyəcəyik", - o bildirib.