“Kiyev “sülh formulunu” yenidən nəzərdən keçirməyə razılaşıb”
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Maltadakı görüşdən sonra ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan ilə telefonda "sülh formulu"nu müzakirə edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Yermak öz teleqram kanalında məlumat verib.
"Kiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin təklif etdiyi "sülh formulunu" yenidən nəzərdən keçirməyə razılaşıb", - o bildirib.
Qeyd edək ki, oktyabrın 28-29-da Maltada Ukrayna "sülh formulu" ilə bağlı görüş keçirilib. İştirakçılar arasında G7 ölkələri, Cənubi Afrika, Qətər, Türkiyə və Hindistan olub.