Kiyevdə partlayış: 4 nəfər öldü
Ötən gün Kiyev yaxınlığında Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzində baş vermiş partlayış nəticəsində 4 nəfər həlak olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayət polisinin nümayəndəsi İrina Pryanişnikova bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində həlak olanlar mərkəzin əməkdaşlarıdır.
Qeyd edək ki, avqustun 19-da səhər saatlarında Kiyev vilayətinin Buça rayonunun Petropavlovskaya Borşaqovka kəndində partlayış baş verib. Daha sonra yanğının Daxili İşlər Nazirliyinin Dövlət Araşdırma Məhkəmə Ekspertizası Mərkəzinin anbarında baş verdiyi məlum olub.