"Kızılcık şerbeti"ndən ayrılmaq üçün hamını aldadıbmış
Aktrisa Müjde Uzmanın "Kızılcık şerbeti" serialının heyətindən ayrılmasının səbəbi ortaya çıxıb.
meqale.com axşam.az-a istinadən bildirir ki, ekran işinin prodüseri Faruk Turgut bildirib ki, aktrisa başqa bir seriala çəkilmək üçün izləyiciləri aldadıb.
"Müjde ilə çox ciddi problem yaşadıq və ayrıldı. Video çəkdi ki, depressiyadayam. Amma elə olmadığını öyrəndik. Başqa serialla razılaşdı. Biz də obrazı serialda öldürdük" deyə, o, əlavə edib.
Qeyd edək ki, Müjde sözügedən layihədə "Alev" obrazına hayat verirdi. O, hazırda "13 Urgan" serialında "Nurten"i canlandırır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun