Klaudio Kajado İlham Əliyevi təbrik edib

Braziliya Federal Konqresinin Nümayəndələr Palatasının deputatı, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajado Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Seçkilərin demokratik, qanuni şəkildə keçirildiyini beynəlxalq müşahidəçilər, o cümlədən, səsvermə prosesini izləyən Braziliya Federal Senatından iki həmkarım da təsdiq etdi. Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkənin tərəqqisinin, iqtisadi və sosial inkişafının, müxtəlif sahələrdə qazanılan uğurların davamlı olacağına inanıram.

Braziliya Federal Konqresində parlamentlərarası dostluq qrupunun həmsədri olaraq ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin dərinləşməsi üçün səylərimi əsirgəməyəcəm.

Sizi bir daha təbrik edirəm, cənab Prezident". meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun