Kobaxidze keçmiş prezidenti "xarici agent" adlandırdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Salome Zurabişvili 4 oktyabrda keçirilən mitinq zamanı prezident iqamətgahına girməyə hazır idi və devrilmə məqsədilə təşkil edilən aksiyaya qeyd-şərtsiz qatılıb.

Kobaxidze keçmiş prezidenti
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, keçmiş prezident Salome Zurabişvili 4 oktyabrda keçirilən mitinq zamanı prezident iqamətgahına girməyə hazır idi və devrilmə məqsədilə təşkil edilən aksiyaya qeyd-şərtsiz qatılıb.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə baş nazir "Gecə kuryeri" verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, zorakılıq başladıqda Zurabişvili mitinq yerindən uzaqlaşıb.

"Salome Zurabişvili iqamətgaha girməyə hazırlaşmışdı. Zorakılıq başlayanda isə qaçdı. O və Tina Bokuçava kimi şəxslər eyni qəlibdən düzəldilmiş xarici agentlərdir. Onlar devrilmə məqsədilə keçirilən mitinqə qeyd-şərtsiz gəliblər", - Kobaxidze bildirib.

Baş nazir qeyd edib ki, həmin mitinqdə iştirak edən bütün şəxslər baş verən zorakılıqlara görə eyni dərəcədə mənəvi məsuliyyət daşıyırlar.