“Kölə İzaura” və “Klon” seriallarının ulduzundan üzücü xəbər
"Kölə İzaura" serialında Roza obrazı ilə məşhurlaşan braziliyalı aktrisa Lea Qarsiya 91 yaşında ürək tutmasından vəfat edib.
meqale.com oxuya istinadən bildirir ki, o, ölkənin ən məşhur şəxsi kimi mükafat almalı olduğu Rio Qrande-du-Sul əyalətinin Qramado şəhərində keçirilən Braziliya film festivalına gəlib.
Məlumata görə, Qarsiya qəfil özünü pis hiss edib və həkimlər onu xilas edə bilməyiblər.