Konqoda çevrilişlə bağlı xəbərlər yayıldı - YENİLƏNİB
Konqo Respublikası hökumətinin sözçüsü Tyeri Lezen Munqala dövlət çevrilişi ilə bağlı şayiələri təkzib edib və ölkədə hər şeyin sakit olduğunu bildirib.
"Konqonun paytaxtı Brazzavildə bəzi ciddi hadisələrlə bağlı inanılmaz məlumatlar ortaya çıxıb. Hökumət bu saxta xəbərləri təkzib edir. Biz əhalini sakit şəkildə öz işləri ilə məşğul olmağa dəvət edirik", - o, X sosial şəbəkəsində bildirib.
-------
21:36
Bəzi media qurumları Konqo Demokratik Respublikasında dövlət çevrilişi baş verdiyi barədə məlumat yayıb.