Konsertə hücuma hazırlaşan 18 yaşlı saxlanıldı

Məşhur müğənni Teylor Sviftin Avstriya paytaxtında baş tutacaq konsertinə hücum planı ilə bağlı aparılan araşdırma çərçivəsində 18 yaşlı İraq vətəndaşı Vyanada saxlanılıb.

meqale.com oxuya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, İraq vətəndaşı əsas şübhəli ilə - Şimali Makedoniya kökləri olan 19 yaşlı avstriyalı ilə eyni çevrədən olub.

İŞİD-ə sədaqət andı içən əsas şübhəli isə Vyananın "Ernst Happel" stadionu qarşısında toplaşacağı gözlənilən təqribən 20 min "Swiftie" azarkeşinə qarşı ölümcül hücum təşkil etməyi planlaşdırırmış.

Qeyd edək ki, ABŞ-li pop ulduzun 8-9-10 avqust tarixlərində Vyanada planlaşdırdığı konsertlər təhlükəsizlik səbəbi ilə ləğv edilib.

Xatırladaq ki, iddia edilən sui-qəsdlə bağlı 15 və 17 yaşlı daha iki avstriyalı gənc avqustun 7-də saxlanılmışdı. Daha sonra 15 yaşlı gənc sərbəst buraxılıb və şahid qismində nəzərdən keçirilir.

Məlumata görə, iraqlı şübhəli gənc avqustun 6-da İŞİD-ə sədaqət andı içib, lakin onun planlaşdırılan hücumla əlaqəsinin olub-olmadığı araşdırılır.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun