Könül Kərimova: “Qayınanam mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik edirdi"

"Keçmiş qayınanamla olan münasibət məni qanə edirdi. Qayınanamı çox istəmişəm. Çünki o, doğma xalam idi". 

Könül Kərimova: “Qayınanam mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik edirdi
"Keçmiş qayınanamla olan münasibət məni qanə edirdi. Qayınanamı çox istəmişəm. Çünki o, doğma xalam idi". 

meqale.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib. 

Kərimova bildirib ki, onun oğlu ilə boşanması xalasına pis təsir edib:  "Mən qayınanamı istədiyim kimi o da məni bir övladı kimi çox istəyirdi. Hərdən o mənimlə başqa gəlinləri arasında ayrı-seçkilik də edirdi. Mən isə ona deyirdim ki, qətiyyən belə etmə. Digər gəlinlərin səndən buna görə inciyə bilərlər. Deyərlər ki, bu özününküdür, hər zaman da bunu (özünü nəzərdə tutur - red.) hamıdan yaxın tutur. Onun oğlu ilə ayrılmağım ona pis təsir göstərdi". 

Qeyd edək ki, Könül Kərimovanın iki övladı var - Rəşad və Ləman.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun