"Koroğlu” körpüsündəki qəzaya görə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb - FOTOlar
Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu" körpüsünün üzərində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
***
Nizami rayonu, Heydər Əliyev propekti, "Koroğlu" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Aeroport şosesi, Qara Qarayev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Hazırda polis əməkdaşları hadisə yerindədir və qəzada iştirak edən avtomobilin yoldan kənarlaşdırılması işləri görülür.