Kreml BMT-də F-16 məsələsini qaldıracaq
Rusiya avqustda BMT Təhlükəsizlik Şurasında Qərbin Ukraynaya F-16 təyyarələrinin tədarükü məsələsini qaldırmağı planlaşdırır.
meqale.com lente istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Düşünürəm ki, bəli, avqustda belə bir iclası mütləq keçirəcəyik", - o bildirib.