Kreml HƏMAS rəhbərinin qətlini qınadı
"HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ölümü Yaxın Şərqdə vəziyyətin nizamlanması və Qəzza zolağında hərbi əməliyyatların dayandırılması cəhdlərinə mane olacaq".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml qətli qətiyyətlə pisləyir: "Hesab edirik ki, bu cür hərəkətlər regionda sülhün bərqərar edilməsi cəhdlərinə qarşı yönəlib".