Kreml Paşinyanın Ukrayna ilə bağlı açıqlamasına cavab verdi

"Rusiya və Ermənistanın Ukraynadakı hadisələrlə bağlı mövqeyi bir-birindən fərqlənir".

Kreml Paşinyanın Ukrayna ilə bağlı açıqlamasına cavab verdi
"Rusiya və Ermənistanın Ukraynadakı hadisələrlə bağlı mövqeyi bir-birindən fərqlənir".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Ukraynadakı müharibə ilə bağlı İrəvanın mövqeyinə dair açıqlamasına münasibət bildirib: "Həqiqətən də, Ukraynada baş verən hadisələr və Ukrayna ilə bağlı münaqişəyə dair diametral şəkildə əks nəzər nöqtələrimiz var. Bu, sirr deyil və yaxşı məlum olan mövqedir".

Peskov Rusiyanın Ermənistanın bu mövqeyi ilə razılaşmadığını vurğulayıb.