“Kriminal avtoritet” şəhərin mərkəzində güllələndi

Rostov vilayətinin Belaya Kalitva şəhərinin mərkəzində bir nəfər güllələnib.

“Kriminal avtoritet” şəhərin mərkəzində güllələndi
Rostov vilayətinin Belaya Kalitva şəhərinin mərkəzində bir nəfər güllələnib.

meqale.com lente istinadən bildirir ki, yerli sakinlərin dediyinə görə, güllələnən şəxs  "90-cı illərin avtoriteti" olub.

Bildirilir ki, qatil "Makarov" tapançası ilə qurbanına 4 dəfə atəş açıb. 

Hələlik ölənin kimliyi ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, Baza yazır ki, qatil 2017-ci ildə iş adamı Vladimir Pyatibratovun qətlini təşkil etməkdə təqsirli bilinən 58 yaşlı Vladimir Borisenkonu öldürüb.