Kriştianu Ronaldu "Ən-Nəsr"in sahibi olmaq qərarına gəlib

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

Kriştianu Ronaldu
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı təmsilçisi "Ən-Nəsr"lə müqavilə müddətini uzatdıqdan sonra klubun şərikli sahibi olacaq.

meqale.com "Marca"ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun səhmlərinin 5 faiz payına yiyələnəcək.

39 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddətini 2026-cı ilə qədər uzadılacağı və bu anlaşmadan 200 milyon avro qazanacağı bildirilir. Futbolçunun hazırkı müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.