"Krokus" teraktı: Amerikalı aktyor yaralılara baş çəkdi
Amerikalı məşhur aktyor Stiven Siqal "Krokus Siti Holl"da baş vermiş teraktda zərərçəkənləri ziyarət edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, o, Piroqov tibb mərkəzində yaralılara baş çəkib.
Sənətçi göstərdiyi əməyə görə həkimlərə təşəkkür edib və yaralılara şəfalar diləyib.
Qeyd edək ki, Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb.