KTMT-dən Paşinyana cavab
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yalnız Ermənistanın sərhədləri daxilindəki ərazini bu ölkənin suveren ərazisi kimi tanıyır".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə KTMT məlumat yayıb.
"2010-cu ildə KTMT tərəfindən imzalanmış qarşılıqlı fəaliyyət prinsipləri haqqında sazişə uyğun olaraq, "məsuliyyət zonası" üzv dövlətlərin suveren ərazisidir. KTMT-nin məsuliyyət zonası dövlət sərhədinin keçdiyi yerdə bitir".
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan bəyan etmişdi ki, əgər təşkilat "KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir" sualına cavab verməsə, İrəvan KTMT-dən çıxacaq.