KTMT-nin qərarlarına mane olmuruq, lakin… - Paşinyan
Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib.
meqale.com axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" nəşrinə müsahibəsində deyib.
"Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik", - Paşinyan bildirib.