Küçədən yaşıl maye axmağa başladı - Sakinlər qorxu içində - FOTOlar
Sosial şəbəkələrdə yayılan görüntü narahatlıq doğurub.
meqale.com bildirir ki, Nyu-York küçələrində kanalizasiya quyularından yaşıl maye axması sakinlərdə qorxu yaradıb.
Görüntülər sosial şəbəkələrə yükləndiyi andan 14 min dəfə baxılıb. Fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Çoxları bunu ələ salaraq "Mutant tısbağalar" cizgi film qəhrəmanlarının "dünyaya gəlişi" kimi şərh ediblər.
Sonradan məlum olub ki, bu maye antifrizdir.